Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
APA-nın xəbərinə görə, iclasda təşkilati məsələlərə baxılıb, o cümlədən MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi həyata keçirilib.
İclasın nəticələrinə əsasən, Məzahir Pənahov yenidən MSK sədri seçilib. O, göstərilən etimada görə komissiya üzvlərinə təşəkkürünü bildirib.
Eyni zamanda, Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov isə komissiyanın katibləri seçiliblər.
Qeyd edək ki, bundan əvvəl Milli Məclisin plenar iclasında “Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.
Mənbə: APA.az