Nəhəng bağlama çatdırılma şirkəti FedEx-in səhmləri 12% enib

Çərşənbə günü səhəri nəhəng bağlama çatdırılma şirkəti FedEx-in səhmləri 12% enmə nümayiş etdirib. O zəif tələbdən dolayı enən satışlara görə özünün mənfəət ilə bağlı proqnozunu aşağı salıb.

BBN.az CNBC Business nəşrinə istinadən xəbər verir ki, bu artıq ikinci ardıcıl rübdür ki, şirkət özünün satış nəticələrinin aşağı olacağını elan edir.

FedEx-in ekspress bölməsi ən böyüyüdür və cari rübdə zəif tələbdən dolayı ən çox əziyyət çəkir. Şirkətdən bildiriblər ki, müştərilər daha ucuz xidmətlər göstərən şirkətlərə üstünlük verməyə başlayıblar.

Qeyd edək ki, şirkətdən bəyan ediblər ki, 2024-cü ildə də mənfəətdə azalma olacaq, buna səbəb isə dəyişkən makroiqtisadi vəziyyətin müştəri tələblərinə mənfi təsiri ilə bağlı olacaq. Lakin bildirilir ki, şirkətin planları nəticəsində əməliyyat gəlirlərində inkişaf baş verib.

Əlavə edək ki, ilin əvvəli ilə müqayisədə şirkətin mənfəəti 3% azalaraq 22.17 milyard dollara düşüb. Ekspertlərin gözləntiləri isə 22.41 milyard dollar yönündə idi.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı