Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının monitorinqi İİTKM-ə tapşırıldı - BBN

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının monitorinqi İİTKM-ə tapşırıldı

Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət Proqramı Bakı şəhərinin Baş planına (2020–2040) uyğun olaraq, Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir.

Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Related posts

“AzerGold” Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş gümüş sikkə buraxır

İqtisadi Şura və İnvestisiya Holdinqinin birgə iclası keçirilib, neft məhsullarına dair müzakirə aparılıb

BVF: Azərbaycan-Ermənistan sülh razılaşması regiona sərmayələri artıracaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı