Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən daha bir dəstək!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi “Evdə qal” kampaniyasına dəstək verdi. Belə ki, xüsusi karantin rejimi dövründə respublikada yerüstü açıq yayım paketinə 80-dək xarici telekanal ödənişsiz olmaqla əlavə edildi.

Aprelin 1-dən etibarən ölkənin şimal, qərb, cənub və Mərkəzi Aran rayonlarının ərazisində DVB-T2 standartında xarici ölkələrin müxtəlif kontentli televiziya proqramlarının yayımlandığı çoxproqramlı televiziya yayımı ödənişsiz açıq olacaq.

Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı özünütəcrid müddətində əhalinin daha çox informasiya əldə etməsinə şərait yaratmaqdır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı