Nağdlaşdırılan vəsait təyinatı üzrə xərclənmədiyi halda ödəmə mənbəyində vergiyə cəlb olunurmu?

Close-up Of the word Tax On Wooden Blocks and a pocket watch and a calculator on the background

Nağdlaşdırılan vəsaitin təyinatı üzrə xərclənmədiyi halda ödəmə mənbəyində vergiyə cəlb olunması məsələsinə aydınlıq gətirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən BBN.az-a bildirilib ki, ödəmə mənbəyində verginin tutulması vaxtı və qaydası Vergi Məcəlləsinin 150-ci maddəsi ilə tənzimlənir.

Vergi Məcəlləsinin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər.

Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, bu halda gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faiz və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı