Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nağdsız əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 70 faizinə çatır - BBN

Nağdsız əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 70 faizinə çatır

Aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 108 min ədəd artaraq 22,518 milyon ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 11 artıb, kredit kartlarının sayı isə 11 faiz azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artıb. 2026-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,094 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,969 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,123 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,9 faizini təşkil edib.

Related posts

Bakıda Xəzər regionunun ən nüfuzlu enerji tədbiri keçiriləcək

BƏƏ ilə ticarət dövriyyəsində müsbət dinamika qeydə alınıb

Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı