NASA Azərbaycanın ilk kosmik startapını dəstəkləməyə hazırdır

“74-cü Beynəlxalq Astronavtika Sərgisində öz ideyamız – “Ayda virtual səyahət” ilə təmsil olunuruq. Biz bu layihəni Azərbaycanın ilk kosmik startapı adlandıra bilərik. Layihəmiz bir sıra ölkələrin bu tip avadanlıqlarını geridə qoyub. NASA-nın nümayəndələri bu startapı dəstəkləməyə hazır olduqlarını bildiriblər. Bizim üçün çox qürurvericidir ki, 31 azərbaycanlı tərəfindən hazırlanmış məhsul burda xarici qonaqlara təqdim olunur”.

Bunu 74-cü Beynəlxalq Astronavtika Sərgisində təmsil olunan Azərbaycanın “BirAiny” şirkətinin təsisçisi və rəhbəri Fuad Tağıyev deyib.

O bildirib ki, startap layihəsinin xüsusi avadanlığına qalxaraq Ay üzərində uçuş həyata keçirmək olur:

“Yəni, avadanlıq vasitəsilə aşağı bir qravitasiya ilə düşmə simulyasiyası yaşayırlar. VR – gözlüklə onlar Ayın səthində xarı bülbülləri görürlər. Həmçinin, Yer kürəsinin üzərində Azərbaycanın xəritəsini, Zəngəzur dəhlizini görmək olur. Bütün bunlardan sərgi iştirakçıları istifadə edərək Ayda uçuşun simulyasiyasını yaşayırlar”.

AZƏRTAC

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bakı metrosu ilə sərnişindaşıma 4%-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı