NATO-nun 8 ölkəsi Ukraynaya 500 milyon dollar yardım ayıracaq.
BBN.az xəbər verir ki, NATO məsələ ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada, NATO-nun PURL təşəbbüsü ilə Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin ABŞ-dan alınacaq 500 milyon dollar dəyərində ortaq hərbi texnika və sursat paketi ilə Ukraynaya dəstək verəcəkləri bildirilib.
Rutte Ukraynanın qış aylarına girdiyi üçün bu avadanlıqların son dərəcə əhəmiyyətli olduğunu və PURL altında həyata keçirilən yüklərin Ukraynaya çatmağa davam etdiyini bildirib.
“NATO müttəfiqləri həyati əhəmiyyətli avadanlıq və ləvazimatları tədarük etməyə davam edəcəklər”, – Rutte bildirib.