Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası memorandum imzaladı - BBN

Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası memorandum imzaladı

Naxçıvan Dövlət Univerisitetinin rektoru Elbrus İsayev ali təhsil müəssisəsinin fəaliyyəti barədə geniş məlumat verib. Rektor bildirib ki, ənənəvi olaraq Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası və “Cahan” Holdinq maddi və mənəvi olaraq tələbələrə hər zaman dəstkək olmuşdur. Tələbələrin beynəlxalq layihələrdə iştirakını dəstəkləmiş, onlara maddi və mənəvi dəstəyi hər zaman diqqət mərkəzində saxlamışdır.

Sonra Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “Cahan” Holdinqin təsisçisi Vüqar Abbasov qeyd edib ki, ölkədə aparılan islahatların əsas məqsədlərindən biridə yerli peşəkar kadrların yetişdirilməsi, gənclərin yerli müəssələrdə öz layiqli yerlərini tutmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə tələbələr də onlar üçün yaradılan əlverişli şəraitdən səmərəli istifadə etməlidirlər. Daima öyrənməyə, təcrübə toplamağa çalışan gənclər peşəkar kadr kimi formalaşaraq iqtisadi inkişafa böyük təsir göstərir.

Daha sonra Naxçıvan Dövlət Univerisiteti ilə    Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası, “Cahan” Holdinq arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda ali təhsil müəssisəsi ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası və “Cahan” Holdinq arasında əməkdaşlığın genişləndirilməsi, İqtisadiyyat fakültəsi üzrə təhsil alan tələbələrin Naxçıvan Sahibkarlar Konfederasiyası və “Cahan” Holdinqlə geniş miqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına qoşulmaları, əməkdaşlıq çərçivəsində elmi-praktiki konfransların, seminarların, təlim və kursların, motivasiya edici görüşlərin təşkili öz əksini tapıb. Univerisitetdə yaradılacaq Texnoparkda “Cahan Holdinq” lə iş birliyi çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi və təhsil ocağının akademik potensialın birləşdirilməsi nəzərdə tutulub.

Sonra Naxçıvan Dövlət Univerisitetinin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “Cahan” Holdinqin təsisçisi Vüqar Abbasova hədiyyələr təqdim edib.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı