Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvan MR-də də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılacaq - BBN

Naxçıvan MR-də də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılacaq

Naxçıvan Muxtar Respublikasında da DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması nəzərdə tutulur. Yaxın günlərdə Mərkəzin layihələndirilməsi işlərinə başlanacaq.

İlk belə mərkəz 2021-ci ilin oktyabr ayında Bakıda açılıb və Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinə, onların cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.

Naxçıvanda yaradılacaq DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi  də muxtar respublikada yaşayan əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qruplara aid şəxslərin istedad və bacarıqlarının təkmilləşdirilməsinə, onların sosial inteqrasiya imkanlarının artırılmasına dəstək göstərəcək.

Related posts

KOBİA “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək

Avstriya ilə ticarət dövriyyəsi artıb

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı