Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 10,8% artıb

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar – sentyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 106,7 milyon manatdan çox olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% və ya 10,4 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 15,6% artaraq 31,5 milyon manatdan çox təşkil edib.

2023-cü ilin 9 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% artaraq 2,8 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 17,8 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 4% artıb.

Related posts

Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı