Naxçıvanda 1884 yeni nəsil NKA quraşdırılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 iyul 2023-cü il tarixinə muxtar respublika ərazisində 1.826 obyektdə 1884 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Cari ilin yanvar-iyun aylarında  yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 83,2 milyon manatdan çox, təkcə iyun ayında isə ilin əvvəli ilə müqayisədə 3,7 dəfə çox olub.

Muxtar Respublikada “ƏDV geri al” layihəsinin tətbiqini həyata keçirən obyektlərin sayı iyulun 1-nə 87-yə çatıb. Layihə çərçivəsində cari ilin 6 ayında istehlakçılara 290,1 min manatdan çox, iyun ayında isə 66,9 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə iyun ayında istehlakçılara qaytarılan məbləğ 3,2 dəfə artıb.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı