Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvanda istehlakçılara 652 min manatdan çox ƏDV məbləği qaytarılıb - BBN

Naxçıvanda istehlakçılara 652 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2023-cü ilin 1 noyabr tarixinə muxtar respublika ərazisində 2.212 ədəd yeni nəsil NKA quraşdırılıb. Yanvar-oktyabr aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 175,7 milyon manatdan çox olub.

Həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 652,2 min manatdan çox, təkcə oktyabr ayında isə 98,9 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə oktyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,7 dəfə artıb.

Related posts

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,3 faiz artıb

“ƏDV geri al” layihəsi çərçivəsində 70 mln. manatdan çox vəsait istehlakçılara qaytarılıb

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,5 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı