Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinə 4,7 milyon manat güzəştli kredit ayırıb.
BBN.az xəbər verir ki, ayrılan vəsaitin 54,1%-i kənd təsərrüfatına, 27,7%-i sənayeyə, 18,2%-i isə xidmət sahəsinə yönəldilib.
Güzəştli kreditlər hesabına 127 layihənin maliyyələşdirilməsi və 154 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Maliyyələşdirilən layihələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31% artıb.
Hesabat dövründə verilən güzəştli kreditlərin 89,8%-i, maliyyələşdirilən layihələrin isə 61,1%-i regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.