Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nazirlər Kabineti gələn ilin büdcə layihəsini bəyənib - BBN

Nazirlər Kabineti gələn ilin büdcə layihəsini bəyənib

2024-cü ilin dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin iclasında müzakirə olunaraq bəyənilib.

Bu barədə sentyabrın 23-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin iclasında qərar qəbul edilib və yekun qərarın əks olunduğu layihələr  “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.

Qərara əsasən, Maliyyə Nazirliyinin ilkin açıqladığı dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 408,0 milyon manat artırılmışdır və müvafiq olaraq gəlirlər 34173,0, xərclər isə 36763,0 milyon manata çatdırılmışdır.

Related posts

Qlobal bazarlar yeni həftəyə geosiyasi risklər və makroiqtisadi göstəricilərlə başlayır

Maliyyə Nazirliyi: 2027-ci ildə icmal büdcə gəlirləri 48 milyard manatı ötəcək

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı toplantılarında Sİ riskləri gündəmə gəldi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı