Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nazirlər Kabineti geniş qanunvericilik dəyişikliklərinin icrası ilə bağlı tapşırıqlar verdi - BBN

Nazirlər Kabineti geniş qanunvericilik dəyişikliklərinin icrası ilə bağlı tapşırıqlar verdi

Azərbaycan Respublikasında bir sıra məcəllə və qanunlara edilmiş dəyişikliklərin tətbiqinin təmin olunması məqsədilə Nazirlər Kabineti yeni sərəncam imzalayıb.

BBN.az xəbər verir ki, sənəd Prezidentin 16 yanvar 2026-cı il tarixli 584 nömrəli Fərmanının icrasına yönəlib.

Söhbət 30 dekabr 2025-ci il tarixli 332-VIIQD nömrəli Qanunla Əmək, Cinayət, Vergi və Cəzaların İcrası məcəllələri ilə yanaşı, sosial müdafiə, məşğulluq, əlilliyi olan şəxslərin hüquqları, sosial sığorta, işsizlikdən sığorta, gender bərabərliyi, yaşayış minimumu, ünvanlı sosial yardım, gənclər siyasəti, vərəmlə mübarizə, narkoloji xidmət, həmkarlar ittifaqları, bələdiyyələrin statusu və digər sahələri əhatə edən çoxsaylı qanunlara edilən dəyişikliklərdən gedir.

Əsas tapşırıqlar

Sərəncama əsasən:

• Ədliyyə Nazirliyinə geniş koordinasiya rolu verilib. Nazirlik Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, İqtisadiyyat, Maliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlarla birlikdə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanun və Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

• Mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılıb ki, 4 ay müddətində öz səlahiyyətləri çərçivəsində normativ hüquqi aktlarını uyğunlaşdırsınlar və ya təkliflərinin olmadığı barədə Ədliyyə Nazirliyinə məlumat versinlər. Zərurət yarandıqda, icra vəziyyəti barədə Nazirlər Kabinetinə də məlumat təqdim olunmalıdır.

• Ədliyyə Nazirliyi həmçinin digər qurumların normativ aktlarının Qanun və Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə 6 ay müddətində Nazirlər Kabinetinə hesabat verməlidir.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

Sənəd imzalandığı gündən qüvvəyə minib.

Related posts

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Azərbaycanda yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı