Nazirlər Kabineti 11 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Dəyişikliyə əsasən, notarius icra sənədlərinin məcburi icrası ilə bağlı daşınmaz əmlakın, eləcə də rəsmi reyestrdə hüquqları qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə şəhadətnamələr verəcək.
Bundan əlavə, İcra haqqında qanun ilə müəyyən edilmiş hallarda və müddətdə əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında açıq bazarda satıldıqda, notarius satışdan əldə olunan vəsaiti depozit hesabından icra xidmətinin depozit hesabına köçürəcək.