Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nazirlər Kabineti vergi və gömrük güzəşt və azadolmalarına dair qərarlarında dəyişiklik edib - BBN

Nazirlər Kabineti vergi və gömrük güzəşt və azadolmalarına dair qərarlarında dəyişiklik edib

Nazirlər Kabineti “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın və “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında müvafiq olaraq 2020-ci il 8 fevral və 3 noyabr tarixli qərarlarında dəyişiklik edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, vergi və gömrük sahəsində güzəşt və azadolmaların qiymətləndirilməsinin aparılması məqsədilə meyarlar təsnifləşdirilib.
Dəyişikliklər vergi və gömrük güzəşt və azadolmalarının uçotunun daha dəqiq aparılmasına, səmərəliliyinin qiymətləndirilməsinə və büdcə gəlirlərinə təsirinin təhlilinə xidmət edir.

Related posts

Azərbaycanda Qərb Sənaye Parkı yaradılır

“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiqlənib SƏRƏNCAM

Azərbaycanda AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı