Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nazirliyin e-xidmətlərinə yanvar-iyul aylarında 20,8 milyon müraciət qeydə alınıb - BBN

Nazirliyin e-xidmətlərinə yanvar-iyul aylarında 20,8 milyon müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin yanvar-iyul aylarında 20,8 milyon müraciət qeydə alınıb.

Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 3,2 milyon dəfə istifadə olunub. 150 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda Nazirliyin 160 xidmətindən 145-dən və ya 90 faizdən çoxu elektron qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı, “Əmək və Məşğulluq” altsistemi yaradılıb.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 7 ayında Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 410 milyon olub.

Related posts

Özünüməşğulluq proqramı üzrə daha 120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub

Azərbaycanda 4 ayda fərdi uçota 45 nəfər düşüb

Azərbaycanda güzəştli ipoteka kreditlərinə tələbat artır Mətn:

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı