Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) “AzInTelekom” MMC, Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi üzrə ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Eyyubqızı işdən çıxıb.
Bu barədə o, özü “facebook” sosial platforması üzərindən məlumat verib.
Qeyd edək ki, V.Eyyubqızı bu vəzifəyə ötən il təyin edilmişdi.