Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Neft Fondu: Qızıl satışı ilə portfel hədəf səviyyəyə qaytarılıb - BBN

Neft Fondu: Qızıl satışı ilə portfel hədəf səviyyəyə qaytarılıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin ilk rübündə qızıl aktivlərinin bir hissəsinin satışı məsələsinə aydınlıq gətirib.

BBN.az xəbər verir ki, 2026-cı ilin I rübü ərzində qızılın qiymətində müşahidə olunan artım fonunda qızıl altportfelinin çəkisinin Fondun İnvestisiya Siyasətində müəyyən edilmiş hədəf səviyyəni (icazə verilən kənarlaşma intervalı nəzərə alınmaqla) üstələdiyi qeydə alınıb. Bu baxımdan, bazar şəraiti də nəzərə alınmaqla portfelin tarazlaşdırılması məqsədilə qızılın çəkisinin tədricən hədəf səviyyəyə qaytarılması istiqamətində müvafiq əməliyyatlar həyata keçirilib.

Qeyd edək ki, beynəlxalq təcrübədə iri institusional investorlar risk-gəlirlilik balansının hədəflənən səviyyədə saxlanılması məqsədilə investisiya portfellərini müxtəlif aktiv sinifləri üzrə şaxələndirərək onlar üçün optimal səviyyəni müəyyən edirlər. Bu kontekstdə hər bir aktiv icazə verilən kənarlaşma intervalı da daxil olmaqla həmin səviyyələr çərçivəsində idarə edilir və bazar dəyişiklikləri nəticəsində yaranan fərqlər tarazlaşdırma mexanizmi vasitəsilə müvafiq hədlərə gətirilir.

Xatırladaq ki, ARDNF bu ilin I rübündə 21,9 ton qızıl satıb və qızıl ehtiyatları 178,1 tona kimi azaldılıb.

APA.az

Related posts

İqtisadiyyat Nazirliyinə və “ASAN Xidmət”ə yeni səlahiyyət verilib

Şule Kılıç: “EBRD Azərbaycanda “yaşıl layihə”ləri maliyyələşdirməyə hazırdır” – MÜSAHİBƏ

Azərbaycan və Türkiyə kapital bazarları üzrə təcrübə mübadiləsi aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı