Neft OPEC-in gözləntilərinə uyğun olaraq bahalaşıb

Qlobal benchmark Brent əvvəlki iki seansda 6 faizdən çox bahalaşdıqdan sonra barrel üçün 82 dollardan, ABŞ xam nefti isə 78 dollardan aşağı düşüb.

BBN.az xəbər verir ki, OPEC+ iclası öncəsi investorlar çərşənbə günü xam neft və məhsul ehtiyatları, eləcə də tələb göstəriciləri ilə bağlı rəsmi rəqəmlərin açıqlanması ilə ABŞ bazarının konyukturasına dair yeni məlumatlar əldə edəcəklər. Ölkə üzrə xam neft ehtiyatları son dörd həftə ərzində genişlənərək avqust ayından bəri ən yüksək səviyyəyə çatıb.

Neft bu rübdə dəyişkən bir tendensiya izlədi; ilk olaraq Həmas və İsrail arasında müharibənin başlaması ilə sarsıldı. OPEC-ə daxil olmayan xam neft tədarükünün genişləndiyini göstərən göstəricilər də qiymətlərə mənfi təsir göstərdi; hasilatın artması Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqləri, o cümlədən Rusiya tərəfindən razılaşdırılmış kollektiv və könüllü ixtisarların təsirini kompensasiya edir.

Related posts

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı