Neft qiymətləri ilin sonuna qədər iki dəfədən çox arta bilər

Cari dövrdə, koronavirus pandemiyası səbəbindən neft və neft məhsullarına tələbatın azalması və neft anbarlarının əksərən dolması səbəbindən neft qiymətlərində kəskin azalmalar müşahidə olunur. Lakin, bir sıra maliyyə ekspertləri xam neft qiymətlərinin il sonuna qədər normala qayıdacağını düşünürlər.

Koronavirus pandemiyasının kəskin vurduğu ölkələrdən biri olan İsveçrənin ən böyük banklarından biri “UBS” son araşdırmasında 2020-ci ilin dördüncü rübünə doğru “Brent” xam neftinin qiymətinin 43$/barel səviyyəsinə yüksələcəyini proqnozlaşdırıb. Bu isə, cari  göstərici ilə müqayisədə 110%-lik artım deməkdir.

“UBS” eksperti Mark Haefele bir sıra ölkələrin mərhələli şəkildə karantin rejimini yüngülləşdirməsi ilə xam neftə tələbat balanslaşır. Bu isə, ilin sonunadək dolu neft anbarlarının qismən boşalması və bunun nəticəsində xam neft qiymətlərinin stabilləşməsi deməkdir.

“UBS” ilə yanaşı, Beynəlxalq Energetika Agentliyi (IEA) “Brent” neftinin qiymətinin yüksələrək, 35-37 dollar civarında qərarlaşacağını proqnozlaşdırıb. “OPEC” şirkətinin prezidenti isə Çində xam neftə tələbatın tədricən artması nəticəsində il sonunadək “Brent” markalı xam neftin qiymətinin 40 dollara çatacağını açıqlayıb.

Related posts

Nyu-York birjasında təbii qaz cüzi bahalaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qızıl və gümüş bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı