Çərşənbə axşamı dünya bazarlarında neft qiymətləri artıb.
BBN.az xəbər verir ki, Yaxın Şərqdən neft tədarükü ilə bağlı narahatlıqlar qiymətlərə təsir göstərib. İran müharibəyə son qoymaq üçün danışıqların uğursuz olması halında “tam aqressiv” hərbi mövqe tutacağını açıqlayıb. ABŞ isə atəşkəsin uzadılması məsələsini gündəmdən çıxarıb.
Brent markalı xam neftin fyuçerslərinin qiyməti 0,3 % artaraq bir barel üçün 91,14 ABŞ dollarına yüksəlib.
ABŞ-ın WTI markalı xam neftinin qiyməti isə 42 sent artaraq 85,04 ABŞ dolları təşkil edib. Sessiyanın əvvəlində WTI 1 %-dən çox bahalaşaraq 31 iyuldan bəri ən yüksək səviyyə olan 85,37 dollara çatıb.