Neft tələbatı üzrə proqnoz açıqlanıb

Beynəlxalq bazarda cari ildə neftə tələbin azalması ilə aprel ayında gündəlik neft hasilatı bir öncəki aya nəzərən 1.5 milyon barel geriləyə bilər.           Bu barədə, Beynəlxalq Enerji Agentliyinin (IEA) araşdırma hesabatında qeyd olunub. Neftə olan tələbdə yarana biləcək geriləmə koronavirus pandemiyasının iqtisadiyyata təsirləri ilə əlaqələndirilib. Belə ki, Çində hazırda bir çox regionlarda virusa yoluxanların artması səbəbindən qapanmaların başlaması neft və neft məhsullarına tələbin azalmağına gətirib çıxarır.

Digər tərəfdən isə, Rusiya-Ukrayna münaqişələri nəticəsində Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən bir sıra ölkələrin sözügedən ölkənin neft və neft məhsullarına tələbini azaltması neft qiymətlərinin stabil qalmasına töhfə verə bilər. Qeyd edək ki, hazırda “Brent” markalı xam neftin qiyməti 107 dollar civarında qərarlaşıb. “Bank of America”nın proqnozlarına əsasən, dünyada qaz və kömür qiymətlərində artımın nəticəsi olaraq energetika sektorunda neftə tələbat artacaq. Bununla da, 2022-ci ilin iyul ayına qədər tələbin artması ilə əlaqədar olaraq “Brent” markalı xam neftin bir barelinin qiyməti 120 dollara çatacaq.

Rigzone

Related posts

Qızılın qiyməti düşüb

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

Əmtəə bazarlarında qızılın qiyməti azalıb, gümüş isə bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı