Norveç fondu Çin şirkəti ilə bağlı qərarını açıqlayıb

Dünyanın ən böyük ictimai fondu olan Norveç Suveren Sərvət Fondu (NBİM) Çinin idman geyimləri istehsalçısı “Li Ning” şirkəti ilə bağlı qərar verib. Bir müddətdir ki, şirkətin Sincan-Uyğur muxtar rayonunda yerləşən müəssisələrində insan hüquqlarının pozulması və müsəlmanlara qarşı dini ayrıseçkilik əməllərinin törədilməsi ilə bağlı Fond araşdırmalar aparıb. Araşdırmaların yekun nəticələrinə görə, Fond şirkətin səhmlərini sataraq, səhmdarlarının siyahısından çıxacağını açıqlayıb.

Qərarın ardından Norveç Fondu 1.5 milyard krona (təqribi 167.7 milyon dollar) məbləğində dəyərləndirilən səhm payını satıb. “Li Ning” şirkətinin səhmləri bu satışdan sonra 11%-lik ucuzlaşmaya məruz qalıb. Çinin CSI 300 və Hang Seng indekslərində də 3%-dən çox geriləmə qeydə alınıb.

Məlumat üçün qeyd edək ki, 1998-ci ildə yaradılan Norveç Suveren Sərvət Fondu 70 ölkədə 9300-dən çox şirkətdə paya sahibdir və ümumi bazar kapitalizasiyası 11.25 trilyon krona (təqribi 1.25 trilyon dollar) həcmindədir.

MarketWatch

Related posts

Neft qiymətləri ardıcıl ikinci həftəni də ucuzlaşma ilə başa vurmağa hazırlaşır

Platin 17 ilin maksimumuna yüksəlib

Qırğızıstan avroistiqrazlardan sonra mövqelərini gücləndirir: steyblkoin və yeni emissiyalar gündəmdədir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı