Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Norveç və Qətər Almaniya üçün təbii qaz təchizatını artırmayacaq - BBN

Norveç və Qətər Almaniya üçün təbii qaz təchizatını artırmayacaq

Rusiyanın təbii qaz axınını tamamilə dayandırması təhlükəsi ilə Avropanın ən güclü iqtisadiyyatının olduğu ölkə hesab edilən Almaniya yeni təbii qaz tədarükçüləri axtarışındadır. Rusiyanın Ukraynadakı müharibəsindən dolayı təbii qazın qiyməti Avropada yeni rekord həddə çatıb. Ötən il Avropa təbii qazın yarısından çoxunu Rusiyadan alırdı.

BBN.az DW News TV proqramına istinadən xəbər verir ki, nə Norveç, nə də Qətər təbii qaz təchizatını Almaniya üçün artıra bilməyəcəklərini deyiblər. 

Berlindəki siyasi liderlər isə məsələ ilə bağlı bildirirlər ki, onlar nə lazımdırsa edirlər və Rusiya təbii qazından asılılığı azaltmaq üçün yenilənəbilən enerji qaynaqları üzərində çalışırlar, ancaq bu vaxt alacaq.

Crystal Energy-nin CEO-su Carole Nakhle isə bildirir ki, Almaniyanın Rusiyadan təbii qaz asılılığını azaltmaq mümkünsüz bir məsələ deyil, sadəcə bu bir anda baş vermir və ölkəyə onillik ərzində vaxt lazımdır.

Qeyd edək ki, hazırda Almaniyanın təbii qaz ehtiyatı 75%-dir, təkcə bu ölkə deyil, digər Avropa ölkələri də eyni vəziyyətdən əziyyət çəkirlər və ekspertlər isə qışda Avropa ölkələrində təbii qaz çatışmazlığının olacağının xəbərdarlığını edirlər.

Related posts

Aİ ABŞ-dan ticarət müqaviləsinə əməl etməsini tələb edir

Almaniya əhalisinin 2050-ci ilə qədər 5 faiz azalacağı gözlənilir

Aİ Şurası səkkiz üzv dövlətin SAFE proqram planlarını təsdiqləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı