Növbəti il üçün yüksək gəlirlilik vəd edən bank səhmləri hansılardır? – RENKİNQ

 Maliyyə və bankçılıq sektoru bir çox səbəblərdən daim investorların diqqət mərkəzində yer alıb. Bununla belə, müəyyən dövrlərdə sektor daxilində yaranan bir sıra çağırışlar qurumların səhmlərində volatilliyə səbəb olur, bu isə investorlar üçün risk daşıyıcısıdır.

“Wall Street” analitiklərinin apardıqları araşdırmalar əsasında tərtib edilən renkinqə əsasən, 2022-ci il üçün ən perspektivli səhmlərə malik olan maliyyə qurumu olaraq “Citigroup Inc.” seçilib. 117.83 milyard dollar bazar kapitalizasiyasına sahib qurumun 7.7 bəndlik “forward earnings” əmsalı onu siyahıda liderliyə yüksəldib.

ABŞ mərkəzli digər bir nəhəng maliyyə qurumu “Bank of America” 2021-ci ildə səhmlərində 45%-lik artım qeydə alıb və 2022-ci ildə də artan tempdə inkişafın davamı proqnozlaşdırılır. İspaniyanın ən böyük bankı olan “Banco Santander” siyahıda üçüncü pillədə qərarlaşıb.

Renkinqin ilk onluğu “FRC Bank”, “Goldman Sachs”, “Wells Fargo & Co.”, “Canadian Imperial Bank of Commerce”, “SVB Group”, “East West Bancorp Inc.” və “HSBC Holdings” maliyyə institutları ilə tamamlanır.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı