Növbəti mərhələdə Gəncə şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) evinin fəaliyyətə başlaması nəzərdə tutulur. Bu barədə BBN.az-a KOBİA-dən məlumat verilib.
Diqqətə çatdırılıb ki, KOB evləri KOBİA-nin struktur bölməsidir. Sahibkarlara dövlət və biznes xidmətlərinin vahid məkanda təqdim olunduğu KOB evlərində xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir. Hazırda KOB evləri Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir. Xaçmaz və Yevlax KOB evlərində indiyədək sahibkarlara 200 minə yaxın xidmət göstərilib. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir.
KOB evləri həftə içi 5 gün, saat 09.00-dan 18.00-dək sahibkarlara xidmət göstərir.