Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız! - BBN

Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!

VTB (Azərbaycan) Novruz bayramı ərəfəsində müştərilər üçün sərfəli kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində nağd kreditləri illik 9,5%-dən başlayan faiz dərəcəsi və 0% komissiya ilə əldə etmək mümkündür. Təklif 24 fevral – 31 mart tarixləri arasında qüvvədədir.

Bayram kampaniyası çərçivəsində çərşənbə axşamları nağd kreditlər tam komissiyasız – 0% ilə təqdim olunacaq.

Eyni zamanda, digər banklardakı kreditlərini VTB (Azərbaycan)-da birləşdirmək istəyən müştərilər aksiyanın bütün müddəti ərzində krediti komissiyasız rəsmiləşdirə bilərlər. Bu isə kredit şərtlərini daha sərfəli edir və daha geniş müştəri kütləsi üçün əlçatan imkan yaradır.

 “Novruz yenilənmə zamanıdır. Biz də bu ərəfədə müştərilərimizə daha sərfəli və rahat kredit imkanları təqdim edirik. Endirilmiş faiz dərəcəsi və komissiyanın olmaması kredit rəsmiləşdirilməsini daha əlverişli edir. Məqsədimiz müştərilərimizin planlarını gerçəkləşdirməsinə dəstək olmaq və bank xidmətlərini daha da əlçatan etməkdir”, – deyə bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü və Pərakəndə Biznesin rəhbəri Yaşar Kərimov şərh edib.

VTB (Azərbaycan) ASC-nin məhsul və xidmətləri haqqında məlumatı filiallarda, https://vtb.az/ rəsmi veb saytında, 986 qısa nömrəsinə zəng etməklə və sosial media səhifələrində əldə etmək olar.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı