NRYT naziri Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş keçirib.

9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edən rəsmilər ölkəmizdə seçkinin demokratik keçdiyini qeyd ediblər. 

Görüş zamanı, həmçinin ölkələrimiz arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər geniş müzakirə olunub. Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımalarının səmərəli təşkili və həcminin daha da artırılması məqsədilə birgə addımların atılmasının vacibliyi vurğulanıb. Azərbaycan üzərindən tranzit daşımaları və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ramin Quluzadə, həmçinin ölkəmizdə səfərdə olan Meksika nümayəndə heyəti ilə görüşüb. Rəsmilər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin şəffaf və demokratik olduğunu, seçki mühitindən razı qaldıqlarını vurğulayıblar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsinə dair fikir mübadiləsi aparılıb.  Meksika tərəfi Azərbaycanın bu sahədəki inkişafını yüksək qiymətləndirib və ölkəmizin təcrübəsini öyrənmək istədiklərini bildirib.

Görüşdə, eyni zamanda ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub.

Related posts

ABA-nın “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir

Mərkəzi Bankda Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Bu ilin 10 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 139,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı