NRYTN tərəfindən elan edilən təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən elan edilən təqaüd proqramına “Code Academy” də qoşuldu. Bununla da layihəyə qoşulan tərəfdaşların sayı “Code and More”, İsrail – Azərbaycan Təlim Mərkəzi, “Tech Academy” və “İKT LAB”la birlikdə beşə çatdı.  

Təqaüd proqramı çərçivəsində “Code Academy”də “Microsoft” təməlli və “Front-end” proqramlaşdırma, eləcə də “UI/UX” dizayn üzrə bilik və bacarıqlara yiyələnmək mümkündür. Bu istiqamətlər üzrə peşə sahibi olmaq istəyən tələbələr və ali təhsil müəssisələrini bitirən şəxslər proqramdan yararlana bilərlər.

Proqrama qoşulan digər təhsil müəssisələrində təqaüd çərçivəsində informasiya texnologiyalarının daha bir neçə istiqaməti üzrə təlimlərə qatılmaq mümkündür. Belə ki, İsrail – Azərbaycan Təlim Mərkəzində “UI/UX” ilə yanaşı, “Full Stack” proqramlaşdırma, “QA automated”, IOS üçün mobil proqramlaşdırma, “İKT LAB”da Bulud İnzibatçılığı, Java Proqramçı, Kibertəhlükəsizlik, “Tech Academy”də “Full Stack Python” və “JavaScript” veb-proqramlaşdırılması istiqamətləri üzrə təlimlər təşkil olunacaq. Adıçəkilən təhsil müəssisələrində proqram üzrə kurslara oktyabrın 15-dən noyabrın əvvəlinədək başlanacaq.

Bunlardan əlavə, proqram çərçivəsində tələbə qəbulunu bitirən “Code and More”da oktyabrın 4-dən etibarən Avtomatika, Elektronika, Uşaq elektronikası və Bulud mühəndisliyi üzrə tədrisə start veriləcək.

Ölkəmizin rəqəmsal transformasiya prosesinin vacib ünsürü olan layihənin məqsədi İnformasiya Texnologiyalarının müxtəlif istiqamətləri üzrə əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr yetişdirilməsi prosesini sürətləndirərək Azərbaycanda innovativ mühitin və startap ekosisteminin inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, təqaüd proqramında yerlərin sayı məhduddur və iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Namizədlərə qeydiyyatla bağlı seçdikləri təhsil müəssisəsinə müraciət etmələri və tələsmələri tövsiyə olunur.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı