Nvidia ikinci dəfə dünyanın ən dəyərli şirkəti oldu

Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia bazar dəyərinə görə Apple-ı geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olub.

BBN.az xəbər verir ki, çərşənbə axşamı Nasdaq Birjasında satılan Nvidia səhmləri 2,84 faiz dəyər qazanaraq, hər səhm üçün 139,91 dollara yüksəlib.

Səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3,43 trilyon dollara çatıb.

Beləliklə, Apple-ın 3,38 trilyon dollarlıq bazar dəyərini aşan Nvidia ikinci dəfə dünyanın ən dəyərli şirkəti oldu.

Süni intellekt çiplərinə tələbatın artması ilə Nvidia-nın səhmləri ilin əvvəlindən bu yana 182,5 faiz dəyər qazanıb.

Nvidia-nın bazar dəyəri iyunun əvvəlində ilk dəfə olaraq 3 trilyon dolları keçdi.

Related posts

Rusiya Apple-ı 3,6 milyon rubl cərimə edib

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkər açıqlandı

Six Years of Rapid Growth: Achievements and Future Prospects of Astana Hub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı