Nvidia-nın bazar dəyəri ilk dəfə olaraq 2 trilyon dolları ötüb

Ðîññèÿ. Ìîñêâà. Êóïþðû íîìèíàëîì 100 äîëëàðîâ. Ôîòî Âëàäèìèð Ìàøàòèí/ ÈÒÀÐ-ÒÀÑÑ

Nvidia-ın səhmləri təxminən 5 faiz artaraq 823,94 dollara çatıb. Səhmlərinin artması ilə Nvidia-nın bazar dəyəri ilk dəfə 2 trilyon dollar səviyyəsini keçdi. Çip istehsalçısının səhmlərinin qiyməti ilin əvvəlindən 60 faizdən çox artıb.

BBN.az bu barədə Bloombergh-ya istinadən xəbər verir.

Şirkətin səhmlərinin artmasına süni intellekt çiplərinə olan tələbatdan irəli gələn Nvidia-nın gözləntilərin üstündən mənfəət açıqlaması təsir edib. Çərşənbə günü yayımlanan balans hesabatında Nvidia, 28 yanvarda sona çatan 3 aylıq dövrdə gəlirinin 265 faiz artaraq 22,1 milyard dollara çatdığını bildirdi.

Şirkətin bazar dəyəri dünən təxminən 277 milyard dollar artaraq Meta-nın bu sahədə gündəlik 197 milyard dollar dəyər qazanma rekordunu qırdı. Bu ay Nvidia bazar dəyərinə görə əvvəlcə Amazon, sonra isə Alphabet-i ötərək ABŞ-ın 3-cü ən böyük şirkəti oldu.

Related posts

Rusiya məhkəməsi TikTok-u cərimələyib

“Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

Bayram günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı