Nvidia-ın səhmləri təxminən 5 faiz artaraq 823,94 dollara çatıb. Səhmlərinin artması ilə Nvidia-nın bazar dəyəri ilk dəfə 2 trilyon dollar səviyyəsini keçdi. Çip istehsalçısının səhmlərinin qiyməti ilin əvvəlindən 60 faizdən çox artıb.
BBN.az bu barədə Bloombergh-ya istinadən xəbər verir.
Şirkətin səhmlərinin artmasına süni intellekt çiplərinə olan tələbatdan irəli gələn Nvidia-nın gözləntilərin üstündən mənfəət açıqlaması təsir edib. Çərşənbə günü yayımlanan balans hesabatında Nvidia, 28 yanvarda sona çatan 3 aylıq dövrdə gəlirinin 265 faiz artaraq 22,1 milyard dollara çatdığını bildirdi.
Şirkətin bazar dəyəri dünən təxminən 277 milyard dollar artaraq Meta-nın bu sahədə gündəlik 197 milyard dollar dəyər qazanma rekordunu qırdı. Bu ay Nvidia bazar dəyərinə görə əvvəlcə Amazon, sonra isə Alphabet-i ötərək ABŞ-ın 3-cü ən böyük şirkəti oldu.