“Nvidia”nın xalis mənfəəti və gəliri 2 dəfə artıb

Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia-nın gəliri 3 aylıq dövrdə illik əsasda demək olar ki, iki dəfə artaraq 35,1 milyard dollara çataraq bazar gözləntilərini üstələyib.

BBN.az xəbər verir ki, oktyabrın 27-də başa çatan rübdə şirkətin xalis mənfəəti bir il əvvəlki 9,243 milyard dollarla müqayisədə 19,309 milyard dollar təşkil edib.

Gəlir bir il əvvəlki 18,120 milyard dollardan 35,082 milyard dollara yüksəlib. Məlumat mərkəzi seqmentində gəlir daxil olmaqla, 30,77 milyard dollar təşkil edib ki, bu da ötən ilin göstəricisindən 2,1 dəfə (112%) çoxdur.

Ötən maliyyə rübü ərzində şirkət səhmdarlara təxminən 11,25 milyard dollar qaytarıb, o cümlədən səhmlərini 11 milyard dollara geri alıb. Şirkət dördüncü maliyyə rübündə 37,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, son üç ayda “Nvidia”nın kapitallaşması 13,5% (3,6 trilyon dollara qədər) artıb.

Nvidia-nın qurucusu və baş icraçı direktoru (CEO) Jensen Huang, maliyyə nəticələri ilə bağlı verdiyi açıqlamada süni intellekt əsrinin tam sürətlə davam etdiyini bildirib.

Süni intellektin hər sektoru, şirkəti və ölkəni dəyişdirdiyini qeyd edən Huanq, “Fiziki süni intellektdəki irəliləyişlərlə sənaye robot texnikasına investisiyalar artır. Və ölkələr öz milli süni intellekt və infrastrukturlarını inkişaf etdirməyin vacibliyini anladılar” deyə bildirdi.

Related posts

Nüfuzlu təhsil müəssisəsi Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına başlayır

Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

Instagram yeni funksiyanı testdən keçirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı