Ödəniş kartları ilə aparılan əməliyyatlarda təhlükəsizlik mövzusunda onlayn görüş keçirilmişdir

Məlum olduğu kimi, ödəniş kartları ilə aparılan əməliyyatlarda təhlükəsizlik məsələləri hər zaman diqqət mərkəzində olmuşdur. Son günlərdə təhlükəsizlik məsələləri yenidən gündəmə gəlmiş və ictimaiyyətin məlumatlandırılması məqsədilə Azərbaycan Banklar Assosiasiyası tərəfindən mətbuat açıqlaması verilmişdir.

Aktual məsələnin Azərbaycan Respublikasının Mərkəzi Bankının rəhbər nümayəndələri ilə birgə müzakirəsi məqsədilə 20 avqust 2021-ci il tarixində onlayn görüş keçirilmişdir. Görüşdə ödəniş kartları ilə aparılan əməliyyatlarda baş verən fırıldaqçılıq halları müzakirə edilmiş və bunun qarşısının alınması istiqamətdə görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.

Sonda məsələ ilə əlaqədar İşçi Qrupun yaradılması və Tədbirlər Planının hazırlanması məqsədəuyğun hesab edilmişdir.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı