“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun iclası baş tutub

24 may 2023-cü il tarixində “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəqəmsal ödənişlərdə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, ekosistemin əhatə dairəsinin genişləndirilməsi və effektiv tarif siyasətinin tətbiqi mövsuzunda növbəti görüşü keçirilmişdir. İclas “Yelo Bank” ASC-nin baş ofisində baş tutub.

Görüş zamanı, fintexlərlə əməkdaşlıq istiqamətləri, qanunsuz lotereya oyunlarına qarşı birgə mübarizənin davam etdirilməsi, lotereya və idman mərc oyunlarının nağdsız dövriyyəyə cəlb edilməsi və Ani Ödənişlər Sistemi üzərindən yeni ödəniş əməliyyatlarının emalı müzakirə edilmişdir.

Həmçinin, Banklararası Kart Mərkəzinin fəaliyyəti üzrə mövcud Kollektiv Sazişin təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar, habelə bir qrup fəaliyyət növləri üzrə effektiv interçeync xidmət haqlarının tətbiq edilməsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı