Oktyabr ayında ABŞ-da inflyasiya yavaşladı

Oktyabrda ABŞ-da illik inflyasiya 3,2 faizə enib. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri oktyabr ayında əvvəlki ilə nisbətən istehlak qiymətlərində 3,3 faiz artım olacağı idi. Sentyabrda illik inflyasiya 3,7 faiz olaraq qeydə alınmışdı. Oktyabrda aylıq olaraq istehlak qiymətlərində dəyişiklik baş verməyib.

BBN.az xəbər verir ki, Bloomberg sorğusunda iştirak edən iqtisadçılar oktyabrda aylıq inflyasiyanın 0,1 faiz olacağını proqnozlaşdırmışdılar. Oktyabrda ərzaq və enerji məhsulları istisna olmaqla istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz artıb. Bu məlumatda illik reallaşma 4 faiz olub.

Son aylardakı bəzi dalğalanmalara baxmayaraq, ABŞ-da inflyasiya keçən il çatdığı 40 illik maksimumdan xeyli aşağı düşüb. Bir çox FED üzvləri faiz artımının sona çata biləcəyini bildirsə də FED sədri Jerome Powell, lazım gələrsə, Mərkəzi Bankın yenidən faiz dərəcələrini artıra biləcəyini bildirib.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Xalq Bank 2024-cü ilin II rübünün yekunlarını açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı