Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasını 35 illik yubileyi münasibəti ilə təbrik edib - BBN

Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasını 35 illik yubileyi münasibəti ilə təbrik edib

Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasını 35 illik yubileyi münasibəti ilə təbrik edib:

“Hörmətli Zakir müəllim,

Azərbaycan Banklar Assosiasiyasının 35 illik yubileyi münasibətilə Sizi və Assosiasiyanın bütün əməkdaşlarını şəxsən və Mərkəzi Bankın kollektivi adından səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Assosiasiyanın maliyyə sektoru və bankçılıq sahəsindəki əvəzsiz xidmətlərini, həmçinin Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələri xüsusilə vurğulamaq istəyirəm.

Artıq 35 illik tarixə imzasını atan Azərbaycan Banklar Assosiasiyası ölkəmizdə bank sektorunun inkişafı, maliyyə resurslarına əlçatanlığın artırılması, eləcə də əlverişli biznes mühitinin formalaşdırılmasında əhəmiyyətli rol oynayıb. Assosiasiya üzv təşkilatların maraqlarını qoruyan, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, bank sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi platformaya çevrilib.

Əminəm ki, Azərbaycan Banklar Assosiasiyasının fəaliyyəti bundan sonra da maliyyə sektorunun qarşısında duran mühüm vəzifələrin uğurla həyata keçirilməsinə və sektorun dayanıqlı inkişafının təmin olunmasına xidmət edəcək.

Bir daha Sizə və rəhbərlik etdiyiniz kollektivə ən xoş arzularımı yetirir, fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayıram.

Hörmətlə,

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Taleh Kazımov”

Related posts

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalara dəyişikliklər təsdiq edilib

Bir-in də dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatdı

Əli Məsimli: “Azərbaycanda daxili auditləri tam mənada işə salmaq lazımdır”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı