Oktyabrın 14, 21 və 28-də keçiriləcək hərraclara 225 nəqliyyat vasitəsi və texnika çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 14, 21 və 28-də keçiriləcək hərraclara 225 nəqliyyat vasitəsi və texnika çıxarılıb.

Oktyabrın 14-də keçiriləcək hərraca 152 nəqliyyat vasitəsi, oktyabrın 21-də keçiriləcək hərraca 5 nəqliyyat vasitəsi, oktyabrın 28-də keçiriləcək hərraca isə 68 nəqliyyat vasitəsi və texnika çıxarılıb. Avtomobil və texnikaların buraxılış tarixləri 1971-2022-ci illəri əhatə edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Related posts

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

Azərbaycan Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya üzv olub

Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların nəzərinə!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı