Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 37,4% artıb

2024-cü ilin yanvar ayında əsas kapitala 1553,0 milyon manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 37,4% çox vəsait yönəldilmişdir.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 44,5%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 34,1% artmışdır. İstifadə olunmuş vəsaitin 707,3 milyon manatı və ya 45,5%-i məhsul istehsalı sahələrinə, 782,6 milyon manatı (50,4%) xidmət sahələrinə, 63,1 milyon manatı (4,1%) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1284,3 milyon manatını və ya 82,7%-ni daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1167,7 milyon manatı və ya 75,2%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı