Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ölkəmizdə ilk “Creative Solution Go” – “Yaradıcı həllərə doğru” olimpiadası təşkil edilib - BBN

Ölkəmizdə ilk “Creative Solution Go” – “Yaradıcı həllərə doğru” olimpiadası təşkil edilib

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində 16-17 dekabr 2020-ci il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin “Kreativ Azərbaycan” portalının dəstəyi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, AREA – Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk “Creative Solution Go” – “Yaradıcı həllərə doğru” olimpiadası təşkil edilib.

“Pandemiya dövründə necə yaşamalı” mövzusunda keçirilən olimpiadanın məqsədi pandemiya şəraitində gənclərin proqramlaşdırma, komanda halında işləmək, İKT və elmi biliklərinin inkişafına dəstək olmaq, onlarda kodlaşdırma və vizuallaşdırmaya marağı artırmaq, oyun və animasiyaların hazırlanmasında inkişafa təkan verməkdir.

Olimpiada 7-12 yaşlı uşaqlar üçün 2 kateqoriya üzrə keçirilib. Tədbirdə “Oyun dizayn və təqdimatı” üzrə 16, “Animasiya dizayn və təqdimatı” üzrə 12, ümumilikdə 28 məktəbli iştirak edib. İştirakçılar oyun və animasiya təqdimatlarını hazırlayaraq 2 dəqiqəlik videolar təqdim ediblər.

Animasiya dizayn və təqdimatı üzrə 1-ci yerin qalibi Hüseyn Əhmədli, 2-ci yerin qalibi Yaşar Həsənli, 3-cü yerin qalibi Anna Neymışeva olub.

Oyun dizayn və təqdimatı üzrə isə 1-ci yerin qalibi Saleh Quluzadə, 2-ci yerin qalibi Muhamməd Mustafa, 3-cü yerin qalibi isə Eldar Mustafayev seçilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı