Ölkəmizin nümayəndə heyətinin də iştirak etdiyi “Beynəlxalq Sığorta Sərgisi və Konqresi” öz işini davam etdirir – Foto

Türkiyənin Antalya şəhərində keçirilən və Azərbaycanın sığortaçılardan ibarət nümayəndə heyətinin iştirak etdiyi “Beynəlxalq Sığorta Sərgisi və Konqresi” öz işini davam etdirir.

Konqresin bugünkü toplantısında Avrasiya panelində Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev “Azərbaycanda sığorta bazarının inkişaf trendləri, həyata keçirilən islahatlar və onların təsirləri” mövzusunda, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev isə “Türk dövlətlərinin sığorta habı – Türk Dünyası Sığorta Birliyi: nailiyyətlər və hədəflər” mövzusunda çıxış ediblər.

Çıxışlar konqres iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı