Ölkənin qeyri-neft-qaz sənayesi istehsalı 7,8% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 60,8 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1% az sənaye məhsulu istehsal edib.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,9% azalıb, qeyri neft-qaz sektorunda isə 7,8% artıb.

Sənaye məhsulunun 67,9%-i mədənçıxarma sektorunda, 26,8 %-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,5% azalıb, əmtəəlik qaz hasilatı isə 4,3% artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,7%, kompüter, elektron və optik məhsulların istehsalı 74,3%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1%, maşın və avadanlıqların istehsalı 37,4%, tikinti materiallarının istehsalı 29,8%, içkilərin istehsalı 27,5%, poliqrafiya məhsullarının istehsalı 26,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4%, hazır metal məmulatlarının istehsalı 19,2%, kağız və karton istehsalı 18,9%, toxuculuq sənayesi məhsullarının istehsalı 12,7%, elektrik avadanlıqlarının istehsalı 10,3%, qida məhsullarının istehsalı 9,8%, tütün məmulatlarının istehsalı 9,6%, neft məhsullarının istehsalı 8,4%, kimya sənayesi məhsullarının istehsalı 8,3%, mebel istehsalı 5,7%, əczaçılıq məhsullarının istehsalı 1,1% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 9,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 11,4%, sair sənaye məhsullarının istehsalı 12%, geyim istehsalı 13,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,6%, metallurgiya sənayesi məhsullarının istehsalı 22,2% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16% artıb.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı