Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Omanın aşağı büdcəli aviaşirkəti iyunda Bakıya uçuşlara başlayacaq - BBN

Omanın aşağı büdcəli aviaşirkəti iyunda Bakıya uçuşlara başlayacaq

Omanın aşağı büdcəli “SalamAir” aviaşirkəti iyun ayında Maskat şəhərindən Bakıya mövsümlük uçuşları bərpa edir

BBN.az xarici mətbuta istinadən xəbər verir ki, bunu aviaşirkəıtin baş direktoru (CEO) Əhməd bin Məhəmməd əl Şethani deyib.

Onun sözlərinə görə, “SalamAir” Bakı ilə yanaşı Maskatdan Trabzona və Almatıya mövsümlük uçuşları həyata keçirəcək. Həmçinin iyun ayında aviaşirkət Albaniyanın Tirana şəhərinə də ilk dəfə uçuşlara başlayacaq.

“Hazırda “SalamAir” bəzi Ərəb, Asiya və Avropa ölkələrinə, həmçinin daxili uçuşlar həyata keçirir. Hava donanmamızda regionun ən müasir təyyarələri – 13 yeni “Airbus A321neo” və “Airbus A320” sərnişin təyyarələri, eləcə də “Airbus A321″ yük təyyarələri var”, – Ə.Şethani bildirib.

O xatırladıb ki, 2023-cü ildə “SalamAir” sərnişin daşımalarını 27 % artıraraq 2,7 milyona çatdırıb..

Related posts

“Banklararası Boulinq Çempionatı-2026” keçirilib

Azərbaycanın İranla ticarət dövriyyəsi 8 %-ə yaxın artıb

Cavid Mirzəyev: Mərkəzi Bankın yeni qərarı bankın kredit portfelinə təsir etməyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı