“Onlayn Azərbaycan” layihəsi uğurla tamamlanıb.
BBN.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, layihəyə start verilən dövrdə ölkə üzrə internetin orta sürəti təxminən 12 meqabit/saniyə təşkil edirdi. Hazırda bu göstərici 90 meqabit/saniyəyə yüksəlib. Dövlətə məxsus şirkətlərdə isə internet sürəti 150 meqabit/saniyəyə çatıb. Rəşad Nəbiyev qeyd edib ki, ilin sonunadək bu göstəricinin 200 meqabit/saniyəyə çatdırılması nəzərdə tutulur. O həmçinin vurğulayıb ki, hazırda ölkənin ən ucqar əraziləri də daxil olmaqla Azərbaycanın bütün nöqtələrində genişzolaqlı internet xidmətləri mövcuddur.