Onlayn mühitdə kibertəhlükəsizliyin təmin edilməsi üzrə təlim keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) təşəbbüsü ilə media nümayəndələri üçün “Rəqəmsal savadlılıq” (BOOTCAMP) layihəsi çərçivəsində təlim keçirilib.

Təlimdə Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Samir Rəsulov qurumun informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyəti, özəl təşkilatlarla təcrübə mübadiləsi haqqında məlumat verib.

Çıxış zamanı kiberdələduzluq halları və onların qarşısının alınması üçün diqqət yetirilməli məqamlar, kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və onlayn mühitdə təhlükəsizliyin təmin edilməsi mövzularından bəhs edilib.

Tədbirin sonunda ETX-nin fəaliyyəti ilə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Rəqəmsal savadlılıq” layihəsinin həyata keçirilməsində əsas məqsəd media nümayəndələrinin İKT üzrə təhlil və analiz bacarıqlarının daha da inkişaf etdirilməsidir.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı