Onlayn NKA-lar vasitəsilə dövriyyə 18 mlrd. manata yaxın olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 94.020 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar-oktyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 18 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı