OPEC-in qərarından sonra, ABŞ-da benzinin qiyməti 10 sentdən çox artdı

Oktyabrın 10-da ABŞ-da benzinin qiyməti ötən bir həftə ilə müqayisədə 1 qallona görə 10 sentdən çox artaraq milli ortalamaya, əsasən 3.91 dollara çatıb.

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyası (AAA) bildirib. 

NBC News TV proqramının aparıcısı Lester Holt xatırladaraq əlavə edib ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla neft ölkələri istehsalı böyük ölçüdə azaltmaqla bağlı qərar qəbul etmişdilər.

Buraxılış çərçivəsində Lester Holt siyasət və neftin qiymətləri başlığı ilə xəbəri təqdim etmiş və əlavə etmişdi ki, hazırda Biden administrasiyası benzinin qiymətləri yenidən yüksəldiyinə görə təzyiq altındadır.

Hazırda hökumət isə qiymətləri yenidən aşağı salmaqla bağlı həll yolları axtarır və bir sıra həll yolları haqqında düşünür. 1-ci həll yolu budur ki, bazara strateji ehtiyatdan daha çox neft çıxarmaq, lakin bu təhlükəli şəkildə aşağıdır. Çünki prezident bu il ehtiyatdan artıq 200 milyon barrel bazara çıxarıb. İkinci həll yolu isə neft ölkəsi Venesuela üzərindən sanksiyaların qaldırılması ola bilər, bu bazarı daha çox neft ilə təmin edə bilər. Lakin ölkənin prezidenti Maduro hələ də demokratik islahatlar həyata keçirməyib.

Həmçinin cari situasiya neft istehsal edən şirkətlərin üzərində təzyiq yaradır ki, qiymətləri aşağı endirsinlər. Lakin ekspertlər isə deyirlər ki, təchizat qıtlığı mövcuddur, biz elə birini tapmalıyıq ki, bazarı daha çox neft ilə təmin edə bilsin, ancaq təəssüf ki, hazırda bunu kimsə etməyəcək. Ağ Evin həll yolları isə daha çox uzunmüddətlidir, ancaq hazırda lazım olan isə qısamüddətli həll yolu tapmaqdır. 

Qeyd edək ki, Rusiyanın nümayəndə heyətinin də iştirak etdiyi OPEC+ təşkilatının üzvləri çərşənbə axşamı, daha dəqiq oktyabrın 5-də elan ediblər ki, onlar neft istehsalını günə 2 milyon barrel azaldacaqlar. Bu isə bir çox ölkələrdə, xüsusilə ABŞ-da sabit qalan benzinin qiymətinin daha da bahalaşmasına gətirib çıxaracağı bildirilirdi.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı